İlk qəbula nə vaxt gəlmək lazımdır?
Aybaşı gecikdikdə və hamiləlik testi müsbət olduqda.
İlk qəbulda hamiləliyin uşaqlıq daxilində olduğu təsdiqlənir, müddət dəqiqləşdirilir və ilkin analizlər təyin edilir. Erkən müraciət boru hamiləliyi kimi təhlükəli vəziyyətlərin vaxtında aşkarlanmasına imkan verir.
Təqib necə qurulur?
- I trimestrHamiləliyin təsdiqi, ilkin qan və sidik analizləri, infeksiya müayinələri, birinci skrininq.
- II trimestrİkinci skrininq, dölün orqanlarının ətraflı ultrasəs müayinəsi, anemiya və qan təzyiqinə nəzarət, gestasion diabetin yoxlanması.
- III trimestrDölün böyümə dinamikası, plasentanın vəziyyəti, dölün gəlişi, doğuş planının müzakirəsi.
Qəbulların sıxlığı fərdidir: normal gedişli hamiləlikdə adətən ayda bir dəfə, son həftələrdə isə daha tez-tez; riskli hamiləlikdə daha sıx nəzarət tələb olunur.
Riskli hamiləlik nədir?
Ana və ya körpə üçün əlavə nəzarət tələb edən hamiləliklər:
- yüksək qan təzyiqi, şəkərli diabet və digər xroniki xəstəliklər;
- çoxdöllü hamiləlik;
- əvvəlki erkən doğuş və ya düşük;
- uşaqlıq boynu çatmazlığı;
- plasentanın aşağı yerləşməsi;
- 18 yaşdan kiçik və 40 yaşdan böyük yaş;
- əvvəlki qeysəriyyə kəsiyi.
Riskli hamiləlik pis hamiləlik demək deyil — daha diqqətli izlənən hamiləlik deməkdir.
Nə vaxt təcili müraciət etmək lazımdır?
Aşağıdakı hallarda gözləmədən həkimə müraciət edin
- Uşaqlıq yolundan qanaxma
- Qarnın aşağı hissəsində davamlı və ya güclənən ağrı
- Suyun gəlməsi
- Dölün hərəkətlərinin nəzərəçarpan azalması və ya dayanması
- Güclü baş ağrısı, gözlərdə qaralma, əllərdə və üzdə qəfil ödem
- Yüksək hərarət
Tez-tez verilən suallar
Hamiləlik nə vaxt təyin oluna bilər?
Qanda XG hormonu ən tez aybaşı siklinin təxminən 24-cü günündə təyin olunur. Aptek testi isə sidikdə XG-ni aşkarlayır və ən tez aybaşının gözlənildiyi gün nəticə verir; bəzən 1–2 gün əvvəl zəif müsbət göstərir. Nəticə müsbətdirsə, həkimə müraciət edin.
Hamiləlikdə dəmir niyə vacibdir?
Hamiləlik dövründə orqanizmin dəmirə ehtiyacı əhəmiyyətli dərəcədə artır. Çatışmazlıq halsızlıq, tez yorulma, ürəkdöyünmə və diqqətin cəmlənməməsi ilə özünü göstərir; körpənin inkişafına və doğuş sonrası qanaxma riskinə təsir edir. Səviyyə qan analizi ilə izlənilir, müalicə həkim tərəfindən təyin olunur.
Erkən doğuş riski olduqda xəstəxananı necə seçməli?
Erkən doğuş riski olan qadınlar doğuş edəcəyi müəssisəni əvvəlcədən seçməlidir. Seçim zamanı xüsusilə neonatologiya — yenidoğulmuşların reanimasiya şöbəsinin olmasına və təchizatına diqqət yetirmək lazımdır.
Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.
Hamiləliyinizi birlikdə aparaq
İlk qəbul üçün vaxt təyin etmək və ya sualınızı vermək üçün WhatsApp vasitəsilə yazın.