Estetik və lazer ginekologiya

Genital dolğu

Genital dolğu hialuron turşusu əsaslı preparatların böyük cinsiyyət dodaqları və ya uşaqlıq yolu nahiyyəsinə yeridilməsi ilə aparılan qeyri-cərrahi prosedurdur. Yaşla və ya çəki itkisi ilə azalmış həcmin bərpasına, quruluğun azaldılmasına yönəlib.

Dr. Zərxanım Abdullayeva (Məmmədova), mama-ginekoloqSon yenilənmə: 11 sentyabr 2026

Hansı hallarda tətbiq olunur?

  • Böyük cinsiyyət dodaqlarında yaş və ya çəki itkisi ilə bağlı həcmin azalması
  • Uşaqlıq yolu nahiyyəsində quruluq və toxuma elastikliyinin azalması

Prosedur uyğunluğu müayinədən sonra müəyyən edilir. Şikayətin səbəbi iltihab, hormonal dəyişiklik və ya başqa bir xəstəlik olduqda əvvəlcə həmin səbəb müalicə olunur.

Kimlərə uyğun deyil?

  • Hamiləlik və əmizdirmə dövründə
  • Aktiv infeksiya və ya iltihab zamanı
  • Preparatın tərkibinə allergiya olduqda
  • Qanın laxtalanma pozğunluqları zamanı

Prosedur necə keçir?

Prosedur cərrahi kəsik tələb etmir. Narahatlığı azaltmaq üçün yerli keyitmə tətbiq olunur, preparat xüsusi nazik alətlə yeridilir.

Prosedurun müddəti yeridiləcək nahiyyədən və həcmdən asılıdır. Sonrakı ilk günlərdə yüngül ödem və həssaslıq ola bilər.

Nəticə nə qədər davam edir?

Nəticə müvəqqətidir

Hialuron turşusu orqanizmdə tədricən sorulur. Buna görə də nəticə daimi deyil — davametmə müddəti istifadə olunan preparatdan və fərdi xüsusiyyətlərdən asılıdır və effekti saxlamaq üçün təkrar prosedurlar tələb olunur.

Mümkün ağırlaşmalar

Ödem, göyərmə, keçici həssaslıq və ya ağrı, infeksiya, preparatın qeyri-bərabər paylanması və düyünlərin əmələ gəlməsi, asimmetriya. Nadir hallarda preparatın damara düşməsi ilə bağlı ciddi ağırlaşmalar baş verə bilər. Bu risklər prosedurdan əvvəl fərdi olaraq müzakirə olunur.

Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Uyğunluğu müayinə müəyyən edir

Prosedur haqqında sualınızı WhatsApp vasitəsilə yazın.

Müayinə üçün yazın