Media

Media və ictimai çıxışlar

Qadın sağlamlığı ilə bağlı doğru məlumatın yayılması işimin bir hissəsidir. Aşağıda mətbuat müsahibələri, ictimai çıxışlar və maarifləndirmə tədbirləri toplanıb.

Müsahibə

Oktyabr 2024

Kontrasepsiya və arzuolunmaz hamiləliyin qarşısının alınması

Səhiyyə Nazirliyinin rəsmi saytına verilmiş müsahibə. Müsahibədə kontrasepsiya üsulları, onların effektivliyi, uşaqlıqdaxili spirallar və kombinə olunmuş oral kontraseptivlərin təsir mexanizmi, həmçinin əmizdirmə dövründə qorunma məsələsi müzakirə olunur. Əsas fikir: abort kontrasepsiya üsulu deyil və uyğun üsul mütləq ginekoloqla birlikdə seçilməlidir.

Vebinar

Fevral 2026

Qadın sağlamlığı üzrə maarifləndirici vebinar

Let's Blossom platforması ilə birgə keçirilən vebinar, 28 fevral 2026. Qadın sağlamlığı ilə bağlı önəmli məlumatlar və fərqindəliyin artırılması.

İctimai çıxış

Görüş

“Gizli cazibənin anatomiyası: bioloji gənclik və cinsi özgüvən”

Qadının sağlamlığı, daxili gücü və şəxsi inkişafı mövzularına həsr olunmuş ictimai görüşdə çıxış.

Nəşr

Kitab

“Sağlam hamiləlik kitabı”

Uilyam və Marta Sirsin əsərinin Azərbaycan dilinə tərcüməsində iştirak və ixtisas redaktorlarından biri (TEAS Press).