Xidmətlər
Estetik və lazer ginekologiya
Estetik ginekologiya qadın cinsiyyət orqanlarının forma və funksiyasının bərpasına yönəlmiş cərrahi və qeyri-cərrahi müdaxilələr toplusudur. Bu əməliyyatların bir qismi görünüşlə, digər qismi isə birbaşa sağlamlıqla — ağrı, iltihab, sidik qaçırma və cinsi funksiya ilə bağlıdır.
Yanaşma
Bu sahə yalnız estetika deyil
Xanımların bu mövzuda müraciət etməsinin ən çox rast gəlinən səbəbləri estetik deyil, funksionaldır: doğuşdan sonra yaranan cırıq və çapıqlar, cinsi əlaqə zamanı ağrı, təkrarlanan uşaqlıq yolu infeksiyaları, gigiyenanın çətinləşməsi, idman və gündəlik hərəkət zamanı narahatlıq, sidik qaçırma.
Buna görə də qəbul həmişə müayinə ilə başlayır. Şikayətin səbəbi bəzən cərrahi deyil — iltihab, hormonal dəyişiklik və ya çanaq dibi əzələlərinin zəifliyi ola bilər. Bu hallarda əməliyyat deyil, müvafiq müalicə təyin edilir.
Cərrahi üsullar
Əməliyyatlar
Labioplastika
Kiçik cinsiyyət dodaqlarının kiçildilməsi və simmetriyanın bərpası.
ƏtraflıVaginoplastika
Uşaqlıq yolu divarlarının və ətraf toxumaların bərpası, daraldılması.
ƏtraflıPerineoplastika
Aralıq nahiyyəsinin bərpası, doğuş cırıqlarının və çapıqların korreksiyası.
ƏtraflıKlitoroplastika — klitor qapağı nahiyyəsinin korreksiyası və ön-arxa kolporrafiya — uşaqlıq yolu divarlarının sallanmasının cərrahi bərpası da icra olunan əməliyyatlar sırasındadır. Göstərişlər müayinə zamanı fərdi olaraq müzakirə edilir.
Qeyri-cərrahi üsullar
Lazer və dolğu prosedurları
İlk addım
Nədən başlamalı
Hansı üsulun sizə uyğun olduğuna müayinəsiz qərar vermək mümkün deyil.
Eyni şikayət bir xanımda lazer prosedurunu, digərində cərrahi müdaxiləni, üçüncüsündə isə heç bir müdaxiləni tələb etməyə bilər. İlk addım — qəbul və müayinədir.
Müayinə ilə başlayaq
Şikayətinizi WhatsApp vasitəsilə yazın, qəbul üçün vaxt təyin edək.